Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
Qafqar Cəbiyev diplomla təltif edildi
18.8.2012
Facebook
Twitter Google Myspace

Avqustun 17-də Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində Ağsu...

Avqustun 17-də Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin anadan olmasının 62-ci ilinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli professor Qafar Cəbiyevin mədəni irsimizin tədqiqi və təbliği sahəsində qələmi və külüngü ilə tanınan alim olduğunu bildirmiş, onun Ağsuda MİRASla bərabər gördüyü işlər haqqında məlumat vermişdir.
Çıxışının sonunda Fariz Xəlilli demişdir ki, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi professor Qafar Cəbiyevi Azərbaycanda mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliği istiqamətində gördüyü işlərə görə diplomla təltif edir.
Məlumat üçün bildirək ki, Qafar Cəbiyev 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olmuşdur. 1973-cü ildə Gəncə Pedaqoji Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1981-1990-cı illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır. 1985-ci ildə namizədlik, 2008-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. Beş monoqrafiya, 100-dən çox elmi, 300-dən çox elmi-publisistik məqalə müəllifidir. "Qızıl qələm" və “Humay” mükafatı laureatıdır.
Son illər ölkə prezidenti cənab İlham Əliyevin birbaşa qayğısı və diqqəti sayəsində Azərbaycanda arxeoloji tədqiqatların miqyasının genişləndiyini, mədəni irsin öyrənilməsinə, qorunmasına və təbliğinə olan dövlət qayğısını, Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksinin gündən-günə dəyişdiyini, arxeoloji qazıntılarla yanaşı turizm üçün zəruri olan görüntülərin konservasiya edildiyini, üzəri örtülmüş sahələrin ilin hər fəslində ziyarət etməyin mümkünlüyünü diqqətə çatdıran professor Qafar Cəbiyev diploma görə minnətdarlıq etmişdir.
Tədbir sonda arxeoloji tədqiqatların bir hissəsinə çevrilmiş, bir növ canlı irs nümunələri olan, qazıntıda çalışan işçilərlə birlikdə, iftar süfrəsi arxasında səmimi şəraitdə davam etmişdir.