Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
Bu gün tanınmış arxeoloq, jurnalist Qafar Cəbiyevin doğum günüdür
17.8.2012
Facebook
Twitter Google Myspace

Cəbiyev Qafar Cəfər oğlu - 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olmuşdur.  

Cəbiyev Qafar Cəfər oğlu - 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olmuşdur. 1969-cu ildə Gəncə Pedaqoji Universitetinin tarix fakültəsinə daxil olmuş, 1973-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1973-1974-cü illərdə İsmayıllı rayonunun Talıstan kənd orta məktəbində tarix müəllimi, 1974-1976-cı illərdə "Zəhmətkeş" rayon qəzetində məktublar şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1977-1978-ci illərdə "Bilik" cəmiyyəti İsmayıllı rayon təşkilatının məsul katibi, 1978-1980-ci illərdə Azərbaycan KP İsmayıllı rayon komitəsində təlimatçı, 1980-1981-ci illərdə "Zəhmətkeş" qəzetində redaktor müavini vəzifəsində çalışmışdır. 1980-ci ildə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasına daxil olmuşdur. 1981-1990-cı illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır. 1985-ci ildə Ukrayna Arxeologiya İnstitutunun elmi şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1990-2003-cü illərdə "Azərbaycan" qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbir vəzifəsində çalışmışdır. Həmin dövrdə eyni zamanda BDU-nun Şəki filialının dosenti kimi pedoqoji fəaliyyətlə məşğul olmuşdur. 2003-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 4 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 1985-ci ildə namizədlik, 2008-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Beş monoqrafiya, 100-dən çox elmi, 300-dən çox elmi-publisistik məqalə müəllifidir. "Qızıl qələm" mükafatı laureatıdır.

Evlidir. İki övladı var. Hal-hazırda Ağsu arxeoloji ekspedisiyasının rəisidir.